Zelenski məşhur futbolçunu özünə müşavir təyin etdi – FOTO

  • By admin-2
  • 27 Sentyabr 2023 09:03

Ukrayna prezidenti Vladimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonu ştatdankənar müşaviri vəzifəsinə təyin edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının saytında dərc olunan sərəncamda deyilir.

Qeyd edək ki, Şevçenko 2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna kimi Ukrayna millisini çalışdırıb. Bundan əvvəl o, Kiyevin “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” komandalarında hücumçu kimi çıxış edib. O, “France Football” jurnalına görə, 2004-cü ildə Avropanın ən yaxşı futbolçusu kimi Qızıl topun qalibidir. O, Ukrayna millisinin heyətində 111 oyun keçirib, 48 qol vurub.

Səid Əhmədli
Gununsesi.info