
Qərb ölkələri maliyyələşdirsə, o zaman müharibə şəraitində seçkilər keçirmək mümkündür.
Gununsesi.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Məntiq belədir ki, əgər demokratiyanı müdafiə edirsənsə, o zaman müharibə zamanı bu müdafiə haqqında düşünməlisən və seçkilər də müdafiə elementlərindən biridir. Lakin qanunvericiliyə əsaslandıqda, seçkilər qadağandır, insanlar bunu elə belə etməyib. Seçkini keçirmək çətindir. Kreditlə seçki keçirməyəcəm. Silah pulu ilə də seçki edəsi deyilik. Lakin əsas odur ki, gəlin, birlikdə risk edək. Müşahidəçilər səngərdə olmalıdır”, – deyə dövlət başçısı bildirib.
Zelenskinin sözlərinə görə, sülh şəraitində seçkiyə təxminən 5 milyard dollar gərəkdir. Prezident müharibə şəraitində bu rəqəmi açıqlamaqda çətinlik çəkib.