Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxış edəcək

  • By admin
  • 19 Fevral 2022 12:40

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 19-da Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedir.

Gununsesi.info xəbər veriri ki, məlumatı Ukrayna Prezidenti Administrasiyasının Mətbuat Xidməti yayıb.

Bildirilib ki, o, bu gün konfransda çıxış edəcək.

V.Zelenski tədbir çərçivəsində Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniyanın Kansleri Olaf Şols və ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşəcək.

Gununsesi.info