
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun 28-30 iyun tarixlərində Madriddə baş tutacaq dövlət və hökumət başçılarının sammitinə dəvət ediləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
İspaniya hökuməti NATO və digər institutlarla sammitə hazırlığı yekunlaşdırır. Sammitin yekun proqramı alyans tərəfindən təsdiq olunmalıdır. Bundan sonra, Ukrayna prezidentinə sammitdə iştirakla bağlı dəvət göndəriləcək.
Gununsesi.info