Zelenski “Omikron”a yoluxan Ərdoğana türk dilində şəfa arzuladı

  • By admin
  • 05 Fevral 2022 19:50

Ukrayna Prezidenti Vladimir Zelenski “Omikron”a yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşına şəfa arzulayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna lideri “Twitter” hesabında türk dilində yazıb.

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və həyat yoldaşı hörmətli Əminə Ərdoğanın COVID-19 testinin müsbət çıxdığını həyat yoldaşım Yelena ilə məyusluqla öyrəndik. Dostlarımız Tayyib bəy və Əminə xanıma keçmiş olsun diləklərimizi çatdırır, şəfa arzulayırıq”, –  deyə V.Zelesnki yazıb.

Gununsesi.info