Zelenski onlara sanksiya tətbiq etdi

  • By ilhame
  • 20 Sentyabr 2024 21:09

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya, İran və Çindən olan 6 fiziki və 42 hüquqi şəxsə qarşı sanksiya tətbiqi barədə qərarını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı prezidentin 638 və 639 nömrəli sərəncamları dövlət başçısının saytında dərc olunub.

Sənəddə altı şəxsə – Rusiya, İran və Çin vətəndaşlarına qarşı onillik sanksiyaların tətbiq edildiyi qeyd edilib. Bundan başqa, Rusiya, İran və Çindən olan 42 hüquqi şəxsə məhdudiyyət qoyulub.

Gununsesi.info