Zelenski onu vəzifəsindən azad etdi

  • By admin
  • 02 Mart 2023 21:30

Ukrayna Prezidenti Volodimir Zelenski Xerson Şəhər Hərbi Administrasiyasında vəzifə dəyişiklikləri edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidentinin saytında dəyişikliklərlə bağlı imzaladığı 2 fərman dərc edilib.

Zelenski birinci fərmanla Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Qalina Luqovayanı vəzifəsindən azad edib, ikinci fərmanla onun yerinə Roman Mroçkonu təyin edib.

Qeyd edək ki, Mroçko Ukraynanın Cənub Dairəsinin hərbi prokurorunun müavini vəzifəsində çalışıb.

Gununsesi.info