Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsini və hərbçilərin maaşlarının artırılmasını nəzərdə tutan fərman imzalayıb.
Gununsesi.info xəbər verir ki, Prezident bu barədə Ali Radanın yeddinci sessiyasının açılış iclasında bildirib.
“Mən Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında fərman imzaladım. Bu, ordunun sayının 100 min nəfər artırılmasını, hərbçilərin mənzil təminatı proqramının genişləndirilməsini və hərbçilərin maaşlarının artırılmasını nəzərdə tutur”, – Zelenski deyib.
Bununla yanaşı, müqavilə əsasında xidmət edən hərbçilərin xidmət müddəti artırılacaq və daha 20 briqada yaradılacaq.
Gununsesi.info