Zelenski prezidentlikdən kənarlaşdırıla bilər – SƏBƏBİ

  • By admin
  • 03 Fevral 2021 16:08

Ukraynanın “Müxalif platforması-Həyat uğrunda” partiyası bır sıra telekanalların bağlanması qərarından sonra Prezident Vladimir Zelenskiyə qarşı impiçment proseduruna başlayır.

 

Gununsesi.org APA-ya istinadən bildirir ki, bunu Ali Radanın deputatı Vadim Rabinoviç parlamentin tribunasından bildirib.

“Bu gün siz demokratiyanın və azad sözün ürəyinə zərbə endirdiniz. Bu gün demokratik, müstəqil Ukrayna təhlükə altındadır. Yaxın vaxtlarda biz partiyanın fövqəladə qurultayını keçirəcəyik, hansı ki, bizim gələcək addımlarımızı müəyyən edəcək. Yadınızda saxlayın, siz nə partiyamızın, nə də seçicilərimizin ağzını yuma bilməyəcəksiniz. Biz Prezident Zelenskinin impiçment proseduruna başlayacağıq”, – deputat vurğulayıb.

Gununsesi.org