Zelenski Qərb liderlərini simvolik olaraq bu məkanda qarşıladı – VİDEO

  • By admin
  • 24 Fevral 2024 17:33

Ukrayna prezidenti Vladimir Zelenski Kremlin qoşunların endirilməsi və Kiyevi tez bir zamanda ələ keçirməsi üçün tramplin etmək istədiyi Qostomel hava limanında Kiyevə gələn Qərbin yüksək səviyyəli rəsmilərini simvolik olaraq necə qarşıladığını nümayiş etdirib.

Gununsesi.info xəbər verir ki, Zelenski videonu rəsmi səhifələrində yayıb.

“Eyni “Kiyevi və Ukraynanı üç günə al” elə buradan başlamalı idi… Biz bura enən düşməni atəşlə qarşıladıq. İki ildən sonra burada dostlarımız, tərəfdaşlarımızla görüşürük”, – Zelenski qeyd edib.

Kadrlarda Belçikanın baş naziri Aleksandr de Kroo, Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Giorgia Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüş yayımlanıb.

Belçikanın baş naziri hava limanındakı görüşün görüntülərini də yayıb.

Gununsesi.info