Zelenski Qərbdən qətiyyətli addımlar gözləyir

  • By admin
  • 24 Fevral 2022 18:21

“Biz Putin əleyhinə koalisiya yaradırıq”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter”də bildirib.

 

Ukrayna Prezidenti qeyd edib ki, o, gün ərzində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Avstriya kansleri Karl Nehammer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayıb.

“Bu danışıqlarda mən konkret sanksiyalar və ordumuza konkret yardım haqqında danışdım. Biz qətiyyətli addımlar gözləyirik”, – Ukrayna Prezidenti vurğulayıb.

 

 

Gununsesi.info