Zelenski rus analara MÜRACİƏT ETDİ: "Oğullarınıza həqiqəti deyin"

  • By admin
  • 24 Mart 2022 10:50

“Ukrayna Rusiyanın təhlükəsizliyi üçün heç vaxt təhdid yaratmayıb. Biz indi də ancaq öz torpaqlarımıza sülh gətirmək üçün hər şey edirik”.

Gununsesi.info report-a istinadla xəbər verir ki,  bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Əminəm ki, rusların bəziləri televiziya kanallarında gördüklərindən beziblər. Təbliğatçıların maaşları sizin vergilərinizlə ödənilir. Siz daha da yoxsullaşırsınız. Hökumətinizin sizi hər ötən gün daha da yoxsullaşdırmaq, dünyadan təcrid etmək, müharibəyə ölməyə göndərmək üçün sizdən vergi alması axmaqlıq deyil? Sülh istəyən rus vətəndaşlar, oğullarınızı müharibədən xilas edin. Onlara müharibə haqqındakı həqiqətləri deyin”, – dövlət başçısı vurğulayıb.

V.Zelenski bildirib ki, Rusiyanın mübarizəsi təkcə Ukrayna ilə müharibədən ibarət deyil: “Rusiya müstəqilliyə qarşı savaşır. Bizim torpaqlarımız onlar üçün sadəcə başlanğıcdır. Kreml Avropadakı və dünyadakı bütün insanların azadlıqlarını əllərindən almaq istəyir. Hər birimiz Moskvanı dayandırmaq üçün çalışmalıyıq. Ukraynanı dəstəkləyən hər kəsə minnətdaram, amma müharibə davam edir. Mülki əhaliyə qarşı terror davam edir. Savaşın 1 ayı tamam oldu. Bu, uzun müddətdir”.

Gununsesi.info