Zelenski: “Rusiya əks-hücumu hiss etməlidir”

  • By admin
  • 02 İyun 2023 22:15

Rusiya Ukrayna ordusunun əks-hücum əməliyyatını görməli və hiss etməlidir, bu məqsəd ölkəmiz üçün prioritet məsələlərdən biridir

Gununsesi.info xəbər verir ki, bunu estoniyalı həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı Ukrayna lideri Volodimir Zelenski bildirib.

“Bu, film deyil, əks-hücum əməliyyatını necə görəcəyinizi söyləmək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görür və nəinki görür, həm də hiss edir”, – deyə Ukrayna dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu əraziləri ruslardan azad etməyə başlayanda xalq anlayacaq ki, artıq əks-hücum gedir.

Gununsesi.info