Zelenski: “Rusiya Ukrayna ilə kifayətlənməyəcək, növbədə sizsiniz”

  • By admin
  • 08 Mart 2022 15:25

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinə xəbərdarlıq edib.

O qeyd edib ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək və müharibə onlara da təsir edə bilər.

“Hamı elə düşünür ki, biz ABŞ-dan və ya Kanadadan çox uzağıq. Əgər hüquq və azadlıqların sərhədləri pozulursa və bu dəyərlər hücuma məruz qalırsa, siz bizi qorumalısınız. Çünki biz birinci gəlirik, növbəti sırada isə sizsiniz. Çünki yırtıcı nə qədər çox yeyirsə, o daha çox istəməyə başlayıb”, – deyə V. Zelenski vurğulayıb.

Gununsesi.info