Zelenski: “Ruslar artıq hədəf seçmirlər”

  • By admin
  • 02 Mart 2022 09:33

“Ukrayna dövlətini başa düşməyən rusların ölkəmizdə nə işi var? Onlar bu küçələri tanımırlar, bu insanları tanımırlar, bizim fəlsəfəmizi, istəklərimizi başa düşmürlər ki, biz necə insanlarıq? Burda heç nə bilmirlər, sadəcə bura öldürmək üçün göndəriliblər. Buna görə də biz burada öz torpağımızda daha güclüyük və daha da güclü olacağıq. Və onların sayı iki dəfə yox, üç, beş-on dəfə çoxdur. Onlar daha çoxdur, amma biz millət olaraq torpağımızdayıq”.

Gununsesi.info xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” və “CNN”ə birgə müsahibəsində deyib.

“Ruslar artıq hədəf seçmirlər. “Uşaqlar ölür, onlarla insan artıq ölür, təəssüf ki. Ona görə də müdafiə etməli olduğumuz bir şey var. Biz yaşamaq haqqımızı müdafiə edirik”, – Ukrayna Prezidenti vurğulayıb.

O, müharibənin uzun sürməyəcəyinə ümid etdiyini bildirib:

“İnanmaq istərdim ki, bu, uzun sürməyəcək. Dünya artıq başa düşür ki, Rusiya Federasiyasının Prezidentini danışıqlar masası arxasına oturtmaq lazımdır, halbuki onlar hələ də onunla danışıqlar masası arxasında əyləşməyə hazırdırlar. Mən belə düşünürəm. Və bu səbəbdən bunun uzun müddət olacağını düşünmürəm, bunun üçün nə qədər lazım olduğunu deyə bilmərəm. Artıq pulla ölçülmür. Təəssüf ki, bunlar artıq insanlardır”.

Prezident Ukrayna əhalisini qorumaq istədiyini vurğulayıb.

 

Gununsesi.info