Zelenski Selçuk Bayraktara “Şərəf” ordeni verdi - FOTO

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Türkiyə Respublikasına səfəri çərçivəsində “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən “Baykar” şirkətinin rəhbərləri Haluk və Selçuk Bayraktar ilə görüşüb.

Bu barədə Gununsesi.info Yermakın “Telegram” kanalına istinadla xəbər verir.

HTML tutorial

Yermak “Baykar” şirkətinin istehsalat müəssisələrində olub. O, “Baykar”ın araşdırma mərkəzini ziyarət edən ilk xarici qonaq olub, onun faktiki kəşfinin şahidi olub.

Şirkətin menecerləri ilə görüşdə tərəflər cari və gələcək əməkdaşlıq layihələrini, xüsusən də Ukrayna ərazisində PUA istehsalı ilə bağlı məsələləri müzakirə ediblər.

“Ukrayna və Türkiyə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinin əsas elementi ölkəmizin ərazisində “Baykar” şirkətinin təlim mərkəzinin və zavodunun yaradılması, eləcə də perspektivli aviasiya mühərriklərinin birgə istehsalı olacaq”, – Yermak bildirib.

O, həmçinin “Baykar” şirkətinin İdarə Heyətinin sədri və texniki direktoru Selçuk Bayraktara III dərəcəli “Şərəf” ordenini (Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təltif olunub – red) təqdim edib.

Gununsesi.info