“Zelenski sülh üçün fürsəti əldən verə bilər” -Tramp

  • Müəllif: Firuzə
  • 13 Fevral 2026 23:14

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı vəziyyətin nizamlanmasına sadiq olmasına və Ukrayna Prezidenti Volodimir Zelenskinin də bu prosesdə fəal iştirak etməli olduğuna əminliyini ifadə edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Həqiqətən də, Zelenskinin işə başlamasının vaxtıdır, çünki Rusiya razılaşma istəyir. Ukrayna prezidenti işə başlamalıdır, əks halda əla fürsəti əldən vermək riski daşıyır”, – deyə o qeyd edib.

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqların növbəti mərhələsi fevralın 17-18-nə planlaşdırılıb.

Gununsesi.info