Zelenski sülhlə bağlı gözlənilməz açıqlama verib

Ukrayna bu il Rusiya ilə sülhün bağlanması üçün əsas hazırlamalıdır.

Gununsesi.info RİA Novosti-ya istinadən xəbər verir ki,  bu barədə Vladimir Zelenski axşam çıxışında bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin “daimi məqsədi” “münaqişənin ədalətli sona çatması üçün real əsas hazırlamaqdır. Lakin o, Kiyevin buna necə nail olacağını açıqlamayıb.

Bundan əvvəl Zelenski etiraf edib ki, bütün dünya və özü də Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiyanın konfransda iştirakını istəyir.

Eyni zamanda iyul ayında Ukrayna lideri Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünə icazə verib.

Qeyd edək ki, iyunun ortalarında Putin Ukraynadakı münaqişəni sülh yolu ilə dayandırmaq təşəbbüsü ilə çıxış edib.

 

 

 

Günay

Gununsesi.info