Zelenski: “Tərəfdaşlar tərəfindən Ukraynaya təzyiq yoxdur”

  • By admin
  • 11 Yanvar 2024 08:56

Ukrayna prezidenti Vladimir Zelenski tərəfdaşların Kiyevi Rusiya ilə münaqişəni dondurmağa məcbur etməsi ilə bağlı iddialara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski Vilnüsdə Litva prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında deyib.

“Tərəfdaşlarımız tərəfindən müdafiəmizi dayandırmaq üçün heç bir təzyiq yoxdur. Döyüşlərin dayandırılması barədə deməzdim, çünki bu, hələ də bizim ədalətli müdafiəmizdir, mübarizəmizin dayandırılmasıdır. Münaqişənin dondurulması üçün heç bir təzyiq yoxdur. Hələ yox. Müxtəlif səslər var – və mən onları mediada eşitmişəm, oxumuşam, tanıyıram. Müxtəlif səslər var, müxtəlif müzakirələr var. Hesab edirəm ki, tərəfdaşlarımız hələ rəsmi olaraq bizə müvafiq siqnallar verməyə hazır deyillər. Ən azından mən onları şəxsən eşitməmişəm”, – deyə o bildirib

Onun sözlərinə görə, tərəfdaşların qətiyyəti lazımdır, çünki “Rusiya prezidenti Ukraynanı məhv etməyənə qədər sakitləşməyəcək, sonra başqa ölkələrə gedəcək”.

Prezident qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin ritorikası “o, dayanmaq fikrində deyil”.

Litva Ukraynaya 200 milyon avro dəyərində uzunmüddətli yardım paketini təsdiqləyib. Bu barədə Litva prezidenti Gitanas Nauseda Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.

Nauseda bildirib ki, Litva yanvarda Ukraynaya sursat, generatorlar və minalardan təmizləmə sistemlərini, fevralda isə M577 zirehli transportyorlarını təhvil verəcək.

Litva həmçinin ukraynalı hərbçilərə təlim keçməyə və müdafiə sənayesində əməkdaşlığı gücləndirməyə davam edəcək.

“Litva müharibə başlayandan bəri Ukraynanın yanındadır və qələbəyə qədər də onun yanında olacaq”, – Nauseda bildirib.

Gununsesi.info