Ukraynanın Luqansk vilayətinin hərbi administrasiyasının sabiq rəhbəri Sergey Qaydaya yeni vəzifə verilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski Sərəncam imzalayıb.
Sərəncama əsasən, Sergey Vladimiroviç Qayday Zakarpat vilayətinin Mukaçevo rayon dövlət administrasiyasının sədri təyin olunub.
Digər sərəncamla Edqar Tokarya Zakarpat vilayətinin Mukaçevo rayon dövlət administrasiyasının sədri vəzifəsindən azad olunub.
Gununsesi.info