Ukrayna Prezidenti Volodimir Zelenski qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefonla danışıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, söhbət zamanı Kiyevə humanitar yardıma görə Tokayevə təşəkkür edib və ona “Ukrayna sülh formulasının həyata keçirilməsi üzrə təhlükəsizlik müşavirlərinin işinin nəticələri” və “Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri” barədə məlumat verib.
Zelenski həmçinin qeyd edib ki, söhbətin sonunda ölkələr arasında siyasi dialoqun və ticarət-iqtisadi əlaqələrin intensivləşdirilməsi müzakirə olunub.
Gununsesi.info