Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Rusiya ilə müharibə və Qara dənizdən taxıl daşınması ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gedib.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, hər iki lider İstanbulda Dolmabaxça sarayında görüşəcək və axşama doğru mətbuat konfransı keçirəcək.
Zelenski adminstrasiyasının məlumatına görə, dövlət başçıları Kiyevin münaqişəyə son qoymaq təklifini, həmçinin “Qara dənizdə naviqasiya təhlükəsizliyi, qlobal ərzaq sabitliyi və saxlanılan ukraynalı əsirlərin azad edilməsi təklifini müzakirə edəcəklər.
Gununsesi.info