Zelenski Türkiyə haqda hörmətlə danışmalıdır – - DÖVLƏT BAXÇALI

  • By admin
  • 02 May 2022 18:01

Zelenski Türkiyəyə və türk xalqına qarşı çox hörmətli ton istifadə etməlidir.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Vladimir Zelenskinin rusiyalı turistlərin qəbulu ilə bağlı Türkiyəni məzəmmət etməsinə münasibət bildirərkən deyib.

“Vladimir Zelenski Ukrayna-Rusiya müharibəsində dünya ölkələrinin münasibəti və mövqelərindən danışanda türk xalqına, Türkiyə dövlətinə və Türkiyə Cümhuriyyəti hökumətinə qarşı çox hörmətli bir ton işlətməlidir”, – o bildirib.

Türkiyənin Rusiya-Ukrayna müharibəsini İstanbul Sülh Layihəsi ilə həll etməyə üz tutan yeganə ölkə olduğunu bildirən Baxçalı Ərdoğanın 40-dan çox liderlə təmasları ilə buna nail olmaq istədiyini bildirib:

“İnanıram ki, o, tezliklə buna nail olacaq. Zelenski Yunanıstana deyil, türk xalqına güvənsəydi, daha yaxşı olardı”.

Gununsesi.info