
Ukrayna sülhə nail olmaq üçün Rusiyaya ərazi güzəştinə getməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Yox. Bu, bizim ərazimizdir”, – Zelenski Amerikanın CBS telekanalına müsahibəsində Ukraynanın öz ərazilərinin bir hissəsindən imtina edə biləcəyi sualına cavab verərkən deyib.
Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumunun sürətini də şərh edib.
Zelenski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ləng gedir, lakin Ukrayna qoşunları irəliləyir. “Çətin vəziyyətdir – mən sizinlə tamamilə səmimi olacağam. Hərəkət çox sürətli deyil. Ancaq hər gün irəli getməyimiz vacibdir”, – deyə o bildirib.
Səid Əhmədli
Gununsesi.info