Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı Amerikanın müdafiə şirkətlərinin rəhbərləri ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, Ukrayna dövlətinin başçısı X sosial şəbəkəsindəki səhifəsində görüşün nəticələri barədə danışıb.
Zelenski deyib ki, o, “rəhbərliyə və sıravi işçilərə Ukraynaya özünü müdafiə etməyə kömək edən silahlara və keçən həftə ABŞ-Ukrayna Müdafiə Sənayesi Konfransında iştiraka görə təşəkkürünü” bildirib.
“Mən Ukraynada Avropa müdafiə mərkəzinin yaradılmasını da təklif etmişəm. Biz bütün lazımi qərarları qəbul etməyə, bürokratiyanı azaltmağa, sifariş verməyə hazırıq. Biz daha çox sursat və hərbi texnika istehsal etməyə hazırıq, lakin dəstəyə ehtiyacımız var. Artilleriya sursatlarının, hava hücumundan müdafiə sistemlərinin, artilleriya və raket sistemlərinin birgə istehsalının inkişafı vacibdir”, – deyə Zelenski qeyd edib.
Prezident əlavə edib ki, əməkdaşlıq iş yerlərinin sayını artıracaq, hər iki ölkə üçün yeni imkanlar yaradacaq və onları gücləndirəcək.
Gununsesi.info