Zelenski Ukraynadakı seçkilər üçün yeni şərt irəli sürüb

  • By Admin2
  • 03 Mart 2026 11:04

Ukraynanın müvəqqəti atəşkəs əldə edildikdən sonra deyil, Rusiya ilə münaqişə bitdikdən sonra seçkilər keçirməyə hazır olacağını bildirdi.

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident Zelenski deyib.

“Əsl sual budur: seçkiləri nə vaxt keçirə bilərik? Onlar mütləq müvəqqəti atəşkəs dövründə deyil, müharibə bitdikdən sonra keçiriləcək”, – deyə Zelenski bildirib.

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski ölkədə yalnız iki aylıq atəşkəs əldə edildiyi təqdirdə seçkilər keçirməyə hazır olduğunu bildirib.

Bu arada, Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov Ukrayna rəhbərliyinin 60 gündən yeni prezident seçkilərinə hazırlıq üçün deyil, ordunu yenidən silahlandırmaq və ümumxalq səsverməsinin nəticələrini saxtalaşdırmaq üçün istifadə etmək istədiyini bildirib.

Maqsud

Gununsesi.info