Zelenski Ukraynanın əsas düşmənini açıqladı

  • By admin
  • 13 Fevral 2022 18:12

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqını Rusiyaya qarşı dərhal sanksiyalar tətbiq etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı bildirib.

V.Zelenski qeyd edib ki, Ukrayna hakimiyyəti münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıdır və təxribatlar qəbuledilməzdir: “Biz bütün riskləri anlayırıq və istənilən ssenarinin inkişafına hazırıq. Amma 2014-cü ildən bu vəziyyətdəyik. Bu gün isə bizim üçün əsas düşmən daxili çaxnaşma, əhali arasında xofdur”.

Bildirilib ki, söhbət zamanı tərəflər təhlükəsizlik vəziyyətini müzakirə ediblər, son beynəlxalq danışıqlar və strateji tərəfdaşlarla təmaslara dair fikir və qiymətləndirmələr mübadiləsi aparıblar.

 

 

Gununsesi.info