Zelenski Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb

  • By Günel
  • 16 Yanvar 2025 19:45

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

V.Zelenski söyləyib ki, ABŞ, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdılar:

“Bu məlumat artıq sirr deyil. Adı çəkilən dörd ölkə bizi NATO-da görmək istəmir”.

Gununsesi.info