Zelenski Ukraynanın strateji tərəfdaşlarını təsdiqlədi: Azərbaycan, Türkiyə…

  • By admin
  • 16 Sentyabr 2020 15:26

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin milli təhlükəsizlik üzrə yeni strategiyanın təsdiq olunmasına dair fərman imzalayıb.

Gununsesi.info Ukrayna Prezident Ofisinin saytına istinadla xəbər verir ki, strategiyada Azərbaycan Ukraynanın strateji tərəfdaş dövləti kimi qeyd edilib.

Sənədin 36-cı bəndində göstərilir ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Litva Ukraynanın strateji tərəfdaşlarıdır.

 

 

Gununsesi.info