Zelenski və Conson arasında telefon danışığı

Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter” hesabında məlumat yayıb.

HTML tutorial

Onlar enerji təhlükəsizliyini müzakirə edib.

Zelenskinin sözlərinə görə, tərəflər həmçinin “Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassda sülh yolu ilə nizamlanması üçün gələcək addımları razılaşdırıblar.

Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, dövlət başçısı baş nazirə Ukrayna ilə həmrəyliyə və “Rusiyanın növbəti təcavüzünün qarşısını almaq” üçün göstərdiyi diplomatik səylərə görə təşəkkür edib.

Gununsesi.info