Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat dərc edib.
Qeyd olunur ki, liderlər noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsini müzakirə ediblər.













