Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində beş nəfər ölüb.
Gununsesi.info “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletençuk bildirib.
“Düşmən şəhərin liman infrastrukturuna zərbə endirib. Beş nəfər həlak olub”, – hərbi qurumun nümayəndəsi açıqlayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 6-da səhər saatlarında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birlikdə şəhərdə olduğu zaman Rusiyanın Odessaya endirdiyi zərbəni gördüyünü deyib. O həmçinin qeyd edib ki, Rusiyanın bu həmləsi sonucunda ölən və yaralananlar olub.
Gununsesi.info