Zelenski və Conson Rusiya ilə bağlı birgə hərəkətləri müzakirə edib

  • By admin
  • 19 Fevral 2022 17:15

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşdüyünü, görüşdə tərəflərin “Rusiya Federasiyasının təcavüzkar hərəkətləri fonunda” təhlükəsizlik və birgə hərəkətlər məsələsini müzakirə etdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

 

“Münhendə Boris Conson ilə görüşdüm. Rusiya Federasiyasının təcavüzkar hərəkətləri fonunda təhlükəsizlik haqqında danışdıq. Biz gələcək ümumi addımlar barədə razılığa gəldik. Diplomatiya yolu ilə gərginliyin azaldılması istiqamətində birliyimizi davam etdiririk. Təhlükəsizlik və sülh naminə verdiyi dəstəyə və əməkdaşlığa görə Böyük Britaniyaya minnətdaram”, – Zelenski qeyd edib.

 

 

Gununsesi.info