Zelenski yenidən Trampla görüşməyə hazır olduğunu bəyan etdi

  • By admin
  • 21 Noyabr 2023 16:18

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Kiyevə getməkdən imtina edən ABŞ-ın keçmiş prezidenti Donald Trampla danışıqlara hazır olduğunu yenidən bəyan edib.

Gununsesi.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi planla tanış olmaq istəyir. “Əgər onun real planı varsa, zəhmət olmasa bizə göstərin”, – Ukrayna lideri “The Sun”a müsahibəsində deyib. Eyni zamanda o vurğulayıb ki, Ukrayna ərazilərin güzəştini nəzərdə tutan təklifləri sülh planı hesab etmir.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp Zelenskinin Kiyevə dəvətini rədd edərək, Co Baydenin başçılıq etdiyi hazırkı Ağ Ev administrasiyasının Ukrayna hakimiyyəti ilə qarşılıqlı əlaqələr fonunda mümkün maraqların toqquşmasını əsas gətirmişdi.

Gununsesi.info