Zelenski Putini fakt qarşında qoydu - KİŞİ KİMİ DANIŞAQ!

Ukrayna Prezidenti Volodomir Zelenski yerli TV-lərə müsahibəsində Putini fakt qarşısında qoyub.
O, deyib:

“ Biz özümüzü müdafiə etmək istəyirik, onlar isə bizi darmadağın etmək istəyir. Təminat verək? Nəyə? Biz Rusiyaya hücum etmirik, etməyə də hazırlaşmırıq.
Nəyə təminat verək? Biz NATO-dayıq? Yox! Bizim nüvə silahımız var? Yox ! Onda nəyə təminat? Ümumiyyətlə mən niyə kiməsə nəsə verməliyəm? İlahi, nə istəyirsən bizdən, nə verməliyəm sənə? Çıx get torpaqlarımızdan. Getmək istəmirsən, otur danışaq. Mən hazıram. Makron kimi, Şolts kimi 30 metr aralıdan yox. Mən qonşuyam. Dişləmirəm. Normal insanam. Otur danışaq. Nədən qorxursan? Biz heç kimə təhlükə yaratmırıq. Biz terrorçu deyilik, bank yarmırıq, başqasının torpağını işğal etmirik”.

Gununsesi.info