Zelenskidən Ukraynada prezident seçkiləri AÇIQLAMASI

  • By admin
  • 07 Noyabr 2023 12:11

“İndiki şəraitdə Ukraynada prezident seçkilərinin keçirilməsinin vaxtı deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Ukryana prezidenti Vladimir Zelenski 2024-cü ilin martında prezident seçkilərinin keçirilməsi ehtimalı ilə bağlı xəbərləri şərh edərkən deyib.

Ukrayna lideri seçki mövzusunu cəmiyyətə atmağı “məsuliyyətsiz” və “anlamsız” adlandırıb.

“İndi vəziyyət əvvəlki kimidir: qələbə olmasa, ölkə də olmayacaq. Qələbəmiz mümkündür. Mübahisələrə, siyasiləşdirməyə və ya hansısa şəxsi maraq axtarışına deyil, hamımız buna diqqət yetirsək, bu, baş verəcək”, – deyə Ukrayna lideri ənənəvi axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, “indi biz bütün resursları qələbəyə yönəltməliyik, bütün müvafiq strukturlar bunu etməlidir”.

Bundan əvvəl Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib ki, guya Vladimir Zelenski onun ofisinə seçkilərə hazırlaşmaq üçün göstəriş verib. Qonçarenkonun sözlərinə görə, seçkilərin 2024-cü il martın 31-də keçirilməsi planlaşdırılır.

Gununsesi.info