Zelenskidən dünyaya ÇAĞIRIŞ: Boykot edin!/VİDEO

  • By admin
  • 07 Mart 2022 15:00

Ukrayna Prezidenti Vladimir Zelenski bütün dünyanı Rusiya Federasiyası ilə ticarət əlaqələrini boykot etməyə çağırıb. 

Gununsesi.info xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə videomüraciətində bildirib.

“12 gündür ki, işğala qarşı özümüzü müdafiə edirik. Biz bu müharibəni heç vaxt istəməmişik. Öldürmək xəyalımızda olmayıb, amma düşməni torpağımızdan, canımızdan qovmalıyıq. Avropanın digər xalqları 80 ildir bunu görməyib. Avropada başqa birilərinin də eyni təcavüzün qurbanı olub-olmayacağına bizim torpaqlarımızda qərar verilir” – Zelenski qeyd edib.

Ukrayna prezidentinin sözlərinə görə, o, bunu dünya liderləri ilə müzakirə edib.

“Qitənin gələcəyini Ukrayna öz müqaviməti və dostlarının köməyi ilə həll edir. Əgər işğal davam edərsə və Rusiya Ukraynaya qarşı planlarından əl çəkməzsə, o zaman bizə sülh uğrunda müharibəyə qarşı yeni sanksiyalar paketi lazımdır. Rusiya ixracatını boykot etmək, xüsusən də Rusiyadan neft və neft məhsullarından imtina etmək lazımdır. Terrorçuya pul verməkdən imtina sadəcə mənəviyyatla mümkündür. Qoy müharibə onları qidalandırsın” – Zelenski vurğulayıb.

Ukrayna prezidenti həmçinin Rusiyaya tədarükləri boykot etməyə çağırıb.

Zelenski əlavə edib ki, beynəlxalq ictimaiyyət daha da qətiyyətli hərəkət etməlidir: “Biz özümüzü müdafiə etməliyik. Biz insanlığın özünü məhv etmək istəyən qeyri-insani qüvvəyə qarşı mübarizə aparmalıyıq. Ukrayna ordusunun uğuru, Ukrayna xalqının iradəsi, beynəlxalq sanksiyaların prinsipiallığı – sülhə gedən yol budur”.

Gununsesi.info