Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ

  • By admin
  • 11 Mart 2022 09:09

“Mən adekvat ölkənin və adekvat insanların prezidentiyəm. Mənim torpağımda heç bir kimyəvi və ya hər hansı digər kütləvi qırğın silahı hazırlanmayıb”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

O, çıxışında Rusiyaya xəbərdarlıq edib.

“Bütün dünya bunu görür və bilir. Əgər Rusiya bizə qarşı oxşar hərəkətlər etsə, ən sərt sanksiyalarla cavabını alacaq” –  deyə Zelenski vurğulayıb.

Gununsesi.info