
Hər gün ən azı 10 ədəd İran PUA-sını vururuq. Təkcə ötən gün 11 ədəd “Şahed” vurulub.
Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, İran rejimi PUA-ları tammiqyaslı işğal başlamazdan əvvəl Rusiyaya verib.
“Biz dəqiq bilirik ki, iranlı təlimatçılar rusiyalı terrorçulara pilotsuz uçan aparatlarından istifadə etməyi öyrədiblər, Tehranda isə bu barədə ümumiyyətlə susurlar”, – Zelenski vurğulayıb.
Qeyd edək ki, İran Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyini etiraf edib.
Gununsesi.info