Zelenskinin Krımdakı əmlakı milliləşdirilə bilər - FOTO

  • By admin
  • 31 Mart 2022 13:45

Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımda olan əmlakı milliləşdirilə bilər.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, milliləşdirilməli olan əmlak siyahısına Zelenskinin Livadiyadakı (Qara dəniz sahilində şəhər tipli qəsəbə – red.) mənzilləri də daxil ediləcək.

Burada söhbət Vladimir Zelenskinin həyat yoldaşı Yelena tərəfindən 2013-cü ildə Krım hələ Rusiyanın tərkibinə daxil olmadığı dövrdə Yalta bölgəsində alınan mənzildən gedir. Həmin daşınmaz əmlakın mövcudluğu barədə 2019-cu ildə Ukraynada seçkiqabağı kampaniya zamanı məlum olub.

Gununsesi.info