Zelenskinin müharibə boyu yaşadığı həmin dar otağı -VİDEO

“Artıq bir ildir ki, burada yaşayıram, bu mənim evimdir”.

Gununsesi.info  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski evindən çəkiliş edən jurnalistə otağını göstərərkən deyib.

Görüntülərdən məlum olur ki, pəncərələr möhkəm pərdələrlə örtülüb. Otaqda yalnız çarpayı, lavabo, qarderob, əşyaları olan sandıq, divar boyunca böyük bir güzgü var.

Zelenskinin sözlərinə görə, o, komandası ilə sığınacaqlara getdiyi günlər istisna olmaqla, qalan günlər bütün boş vaxtını burada keçirir.

Gununsesi.info