Ukrayna Prezidenti Volodimir Zelenski ilə Britaniyanın “The Guardian” nəşrinin jurnalisti Lyuk Hardinq arasında müsahibə zamanı elektrik enerjisi kəsilib.
Gununsesi.info xəbər verir ki, müsahibə Kiyevdəki Mariinski sarayında keçirilib.
Jurnalist elektrik kəsilməsi səbəbindən müsahibəni sinxron tərcümə olmadan davam etdirməyi təklif edib, Zelenski bununla razılaşıb. Qısa müddətdə elektrik enerjisi bərpa olunub.













