Zelenskinin müşaviri Arestoviç istefa verdi 

  • By admin
  • 17 Yanvar 2023 13:46

Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazdığını bildirib.

Gununsesi.info xəbər verir ki, onun istefa verməsinə səbəb Dnepropetrovskda (Dnepr) bir evin Ukrayna raketi ilə dağıldığına dair etiraf etməsi səbəb olub.

Yanvarın 14-də Arestoviç bəyan edib ki, Dnepropetrovskda evin bir hissəsinin dağıdılması Ukrayna hava hücumundan müdafiə qüvvələrinin işinin nəticəsidir. Bazar ertəsi Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna nümayəndələrinin Dnepropetrovskdakı evin girişinin uçmasının səbəbinin Ukraynanın raket əleyhinə raketi olması ilə bağlı sözlərinə diqqət çəkib. O, həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın yaşayış binalarına və sosial infrastrukturuna zərbələr endirmir. Daha sonra Arestoviç Dnepropetrovskda evin bir hissəsinin uçmasının səbəbləri ilə bağlı sözlərindən geri çəkilib.

“Vəzifədən getməklə bağlı istefa ərizəsi yazdım. Svil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv etmisənsə, deməli istefa verməlisən”, – Aretoviç çərşənbə axşamı sosial şəbəkədəki səhifəsində yazıb.

Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Dnepropetrovskda evin bir hissəsinin uçmasının səbəbi ilə bağlı bəyanatlarından sonra Aretoviçin işdən çıxarılması üçün imza toplanmasına başlanıldığını elan edib.

Gununsesi.info