Zelenskinin Türkiyəyə rəsmi səfəri baş tutacaq

Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə gün sonra Türkiyəyə rəsmi səfər edəcək.

Gununsesi.org xəbər verir ki, Ukrayna rəsmilərindən əldə edilən informasiyaya görə, Zelenski qarşıdakı günlərdə rəsmi görüşlərdə iştirak məqsədilə Türkiyəyə gələcək. Səfər proqramı haqda hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Vladimir Zelenski prezident seçiləndən sonra istirahət etmək üçün ailəsi ilə birgə Türkiyəyə yollanmışdı.

Gununsesi.org