Zelenskinin xanımı Britaniyada səfərdədir - FOTOLAR

  • By admin
  • 29 Noyabr 2022 18:36

Londona səfərim zamanı Sunak cütlüyü ilə tanışlığıma şad oldum.

Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyada səfərdə olan Ukraynanın birinci xanımı Olena Zelenskaya özünün sosial şəbəkə hesabında yazıb.

HTML tutorial

Onun qeydlərini təqdim edirik:

 

Akşata Murti Böyük Britaniyanın yeni baş naziri Rişi Sunakın həyat yoldaşıdır. Xanım Mertinin yeni vəzifəsində tanış olduğu dövlət liderinin ilk həyat yoldaşı olmaq mənim üçün böyük şərəf idi.

Görüş zamanı uşaq təhsili və mədəni diplomatiya məsələlərinin müzakirəsinə çox vaxt ayrılıb.

Xanım Merti kitab layihələrinin təfərrüatları ilə maraqlandı. Bu istiqamətdə sıx əməkdaşlığı davam etdirməyə razılaşdıq.

O, baş nazirin xanımına Olena Zelenska Fondu, iş sahələri və britaniyalıların necə cəlb oluna biləcəyi barədə danışıb.

Zelenskaya bundan başqa əlavə edib:

Rusiyanın  infrastrukturumuzu atəşə tutmasının fəsadlarından, işıqsız, istiliksiz qalan insanlardan danışdıq. İşıqsız əməliyyat etməli olan həkimlər haqqında söhbət etdik. Bu, artıq yüklənmiş səhiyyə sistemimiz üçün yeni çağırışdır. Ona görə də Böyük Britaniya ilə tibb sahəsində əməkdaşlıq bizim üçün çox vacib olardı, xüsusən də gülləbaran edilən qurbanların protezləşdirilməsində.

Mən xanım Murtini bizim birinci xanımlar və cənablar sammitində iştirak etməyə dəvət etdim – birinci şəxslərin həyat yoldaşlarının ilk və yeganə assosiasiyası, mənim keçən il Kiyevdə təsis etdiyim. Bu il atəşə baxmayaraq, Ukraynanın bərpasını planlaşdırmaq üçün ikinci dəfə daha böyük bir qrupda toplaşdıq”.

Tərcümə:

Günay Təhməzova

Gununsesi.info