Zelenskiyə üç dəfə sui-qəsd cəhdi olub

  • By admin
  • 04 Mart 2022 11:23

“Son bir həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskiyə ən azı üç sui-qəsd cəhdi olub”.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti qəzeti məlumat yayıb.

“Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup göndərilib. Bunlar Kreml yönümlü Vaqner qrupunun muzdluları və çeçen xüsusi təyinatlıları olub. Hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya Federal Təhlükəsizlik Xidməti sayəsində alınıb.

Kiyevdəki Vaqner muzdluları öz səyləri zamanı itki vermişdilər və ukraynalıların öz hərəkətlərini nə qədər dəqiq görə bildiklərindən narahat idilər.

Qrupa yaxın mənbə bildirib ki, Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün “ürpədici” olub. Həmçinin şənbə günü Kiyevin kənarında məhv edilən çeçen muzdlulardan ibarət qrup tərəfindən sui-qəsdin qarşısı alınıb”, – qəzetin yaydığı məlumatda deyilir.

Bundan əvvəl isə Ukraynanın rəsmi qurumları ölkə başçısı Volodimir Zelenskini öldürmək üçün göndərilən çeçenlərdən ibarət qrupun zərərsizləşdirildiyini açıqlamışdı.

Gununsesi.info