Zellandiyada vaksin əleyhinə aksiyalar BAŞLAYIB

  • By admin
  • 14 Fevral 2022 13:53

Yeni Zelandiya hökuməti parlament önünə gələn etirazçıların qarşısını almaq məqsədilə qəribə üsuldan istifadə edib: onları dağıtmaq üçün müxtəlif musiqilər səsləndirilib.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Barry Manilowun ən böyük hitləri ilə, demək olar ki, bir həftədir çöldə keçirilən peyvənd əleyhinə nümayişi hökumət dağıda bilməyib.

Bundan sonra hökumət bütün dünyada valideynlərin ürəyinə qorxu salan Baby Shark (doo doo doo) mahnısına müraciət edib.

Bununla belə, etirazçılar meydanlardan uzaqlaşdırıla bilinməyib, yüzlərlə insan hələ də parlamentin qarşısında qalır.

Qeyd edək ki, vətəndaşlar pandemiyanın qarşısının alınması üçün tətbiq edilən vaksinlərin vurulmasına etiraz edirlər.

Gununsesi.info