
“Neçə illərdir ki, bu məclisdən hamı çıxış edir. Bu çıxışlar hara gedir? Nə qədər özümüz deyib, özümüz eşidəcəyik ki? Mənim torpağım alınıb, mən niyə dayanmalıyam? O illərdən bu yana nə qədər şəhidlər gedib. Birdəfəlik müharibə edək”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili, SSRİ Xalq artisti Zeynəb Xanlarova parlamentin bu gün keçirilən iclasında deyib.
Z.Xanlarova vurğulayıb ki, müharibə edək, qoy onlar da qırılsı, biz də qırılaq:
“Onsuz da qırıla-qırıla gedirik. Mənim fikrimcə, müharibə edək, torpağımızı alaq. Öz torpağımızı almaq üçün müharibə edirik. Birdəfəlik ya ölüm, ya da qalım olmalıdır.
Mən niyə ATƏT-ə qulaq asmalıyam? Mənim evimə giriblər. Mən müharibəni etməliyəm. Mən ömrü boyu sülh tərəfdarı olmuşam. 30 ildir ki, Milli Məlcisdəyəm. Hər gün ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Nə qədər insan qırılar, nə qədər şəhid olar?! Hər şəhid öləndə elə bilirəm ki, mənim balalarım qırılır. Baxanda mənim ürəyim ağrıyır.
Onsuz da onlar müsəlmanın düşmənidirlər. Mənim hər şeyə gücüm çatır e. Kim nə deyə bilər ki mənə? Mən öz torpağım uğrunda vuruşuram. Kimdən icazə almalıyıq, nə q dər eşitmək olar Xocalı haqqında?!
Nə qədər danışarlar bu haqda?! Xocalı artıq gedib, amma onu dala qaytarmaq lazımdır. Bəlkə daha 50 il də gözləyək…Allah vurub onları. Torpağı almaq lazımdır. Vəssalam. Sözüm budur. Necə başa düşürsünüzsə elə də düşün”.
Kamil
Gununsesi.info