Zeynəb Xanlarovanın konserti koronavirusa görə təxirə salındı

  • By admin
  • 11 Mart 2020 18:58

Xalq artisti Zeynəb Xanlarovanın solo konsertinin tarixində dəyişiklik olub.

Gununsesi.org xəbər verir ki, 18 martda Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsert proqramı mayın 3-də baş tutacaq.

Təşkilatçıların məlumatına görə, konsertdə 3000-dən çox tamaşaçının iştirak edəcəyi nəzərə alınaraq, Azərbaycanda və dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq belə bir addım atılıb.