Zeynəb Kazımova dəvət aldığı beynəlxalq tədbirə gedə bilmir

  • By admin
  • 23 Oktyabr 2017 15:32

fh4R8GOW2W0u1508756568

Tanınmış jurnalist, Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova Beynəlxalq tədbirə dəvət olunsa da, gedə bilmir.

Məsələ ilə bağlı Gununsesi.info saytına danışan Zeynab Kazımova  deyib ki, qəzetdə maddi çətinliklərin olması  səbəbindən səfəri həyata keçirə bilmir.

“Beynəlxalq Fransızdilli Mətbuat Birliyi tərəfindən Birliyin noyabrda keçiriləcək illik sessiyasına Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru və həmin birliyin Azərbaycan bölməsinin rəhbəri kimi dəvət olunmuşam. Lakin qəzetimin maddi problemləri, o cümlədən özümün iqtisadi vəziyyətim  sözügedən tədbirdə iştirakıma mane olur. Azərbaycandan bu beynəlxalq tədbirə media olaraq tək mən dəvət olunsam da, yeganə fransızdilli qəzetə heç bir dəstək verilmədiyi üçün tədbirə qatıla bilmirəm. “Le Carrefour” qəzetinə dövlət dəstəyi göstərilməsi ilə bağlı dəfələrlə etdiyim müraciətlərim cavabsız qalır”.

Xanım jurnalist deyir ki, 110 ölkədən olan media nümayəndələrinin təmsil olunacağı tədbirdə ölkəmizi təmsil etmək şansı olsa da, dəstəyi yoxdur.

“Tədbirin Azərbaycan üçün əhəmiyyəti odur ki,  bu bir beynəlxalq tədbirdir. Həmçinin, dünyanın bütün nüfuzlu fransızdilli mediası burada təmsil olunacaq. Associated Press, France Presse, Əl Cəzirə və s. kimi informasiya agentliklərinin fransız redaksiyalarının təmsilçiləri, Fransanın mediası , TV və radiolarının jurnalistləri. Azərbaycan mediasının belə tədbirdə təmsil olunması Azərbaycan jurnalistikasının uğurudur. Beynəlxalq media ilə əməkdaşlıq, dünya informasiya məkanına inteqrasiyadır. Amma ölkənin yeganə fransızdili mətbu orqanı bu tədbirə qatıla bilmir”.

Gununsesi.info